İstədiyiniz yerə çatdırır...

Ölkəniz, şirkət və ya kampusunuzda qadağan olunub?

Dünyanın müxtəlif repressiv rejimləriylə təcrüblərdən sonra, biz sizə istədiyiniz məzmunu istədiyiniz vaxtda və yerdə əldə etməyə yardım edə bilirik.

...sizi ora təhlükəsiz çatdırır.

İctimai WIFI-dan təhlükəsiz istifadə etmək istəyirsiniz?

Azad internet yaxşıdır, ancaq oğurlanmış hesab və kukilər deyil. Qoşulmaq üçün hansı şəbəkədən istifadə edirsiniz-edin, Psiphon internetə təhlükəsiz yol açır.

Etibar, Sürət, Sadəlik: pulsuz üçlük

2008-ci ildən bu yana Psiphon azadlığın məhdudlaşdırıldığı ölkələrdə milyonlarla insana senzurasız bilik və ideyalara təhlükəsiz çıxış imkanı verib. Eyni şeyi indi Psiphon sizin üçün edə bilər.

Psiphon nədir?

Psiphon İnc.-ə məxsus olan Psiphon VPN, SSH və HTTP proksi texnologiyalarından istifadə edərək və maneələri aşaraq internetə senzurasız çıxışı təmin edən alətdir. Sizin Psiphon proqramınız avtomatik olaraq yeni giriş nöqtələrini öyrənəcək ki, senzuranın öhdəsindən gəlmək şanslarınızı artırsın.

Psiphon onlayn məzmuna açıq çıxış yaratmaq üçün yaradılıb. Psiphon internetdə sizin şəxsi təhlükəsizliyi qorumur və ona onlayn təhlükəsizlik aləti kimi baxılmamalıdır.